14 noyabr 2015 12:20

Azərbaycan cüdoçuları Okeaniya kubokunu 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurublar

Avstraliyanın Vullonqonq şəhərində keçirilən cüdo üzrə "Okeaniya kuboku" uğrunda yarışın ikinci günü də Azərbaycan cüdoçuları üçün uğurlu olub. Azerisport.az xəbər verir ki, turnirin ikinci günündə daha 5 cüdoçumuz mübarizəyə qoşulub.

90 kq çəki dərəcəsində yarışan Məmmədəli Mehdiyev ilk olaraq amerikalı Tomas Karpı mübarizədən kənarlaşdırıb və daha sonra britaniyalı Corc Smiti məğlub edib. Cüdoçumuz yarımfinalda Əlcəzair təmsilçisi Abderəhman Benamadiyə şans verməyib və həlledici görüşdə isveçrəli Siril Qrosklaus üzərində qələbəni bayram edib. Beləliklə Azərbaycan cüdoçusu “Okeaniya kuboku”nun qızıl medalını qazanıb.

100+ kq çəkidə yarışan Uşanqi Kokaurinin də çıxışı uğurlu alınıb. O ilk görüşdə tatami sahibi Liam Parkı, daha sonra estoniyalı Yuhan Metisi məğlub edib. Yarımfinalda isə daha bir Avstraliya idmançısı - Cek Andrevartuya qalib gəlib. Lakin finalda Kokauri Əlcəzair cüdoçusu Amin Tayibə uduzaraq gümüş medalla sahib olub.

Digər cüdoçularımız - Hüseyn Rəhimli, Əbdülhəqq Rəsullu və Rüstəm Alimli mükafatçılar sırasına düşə bilməyiblər.

Bununla da Azərbaycancüdoçuları “Okeaniya kuboku”nu 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurublar.

Qeyd edək ki, yarışların ilk günü Ayşə Qurbanlı (48kq) gümüş, Oruc Vəlizadə (60 kq) və Fəqan Quluzadə (73 kq) bürünc medal qazanıblar.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.