13 noyabr 2015 12:15

Azərbaycan cüdoçuları Avstraliyada 1 gümüş və 2 bürünc medal qazandılar

Avstraliyanın Vullonqonq şəhərində keçirilən cüdo üzrə "Okeaniya kuboku" uğrunda yarışın ilk günü Azərbaycan cüdoçuları üçün uğurlu olub. Azerisport.az xəbər verir ki, qadın cüdoçuların yarışında mübarizə aparan Ayşə Qurbanlı yalnız finalda uduzaraq turnirin gümüş medalını qazanıb.

48 kq çəki dərəcəsində yarışan Azərbaycan cüdoçusu Honkonq, ABŞ və İndoneziya idmançılarına qalib gələrək finala çıxıb. Həlledici görüşdə Amerika Birləşmiş Ştatlarının nümayəndəsi Ketilin Boysa məğlub olan Qurbanlı Avstraliyada ikinci yeri tutub.

60 kq çəki dərəcəsində mübarizə aparan Oruc Vəlizadə və 73 kq çəkidə yarışan Fəqan Quluzadə isə “yaşıl ada”da bürünc medal qazanıblar.

"Okeaniya kuboku" uğrunda mübarizə aparan daha bir qadın cüdoçumuz Xanım Hüseynova bürünc medal uğrunda görüşdə Lüksemburqlu Teylor Kinqə uduzaraq 5-ci yeri tutub.

Digər iki çüdoçumuz - İsmayıl Piriyev və Tərlan Kərimovun çıxışı isə uğursuz alınıb.

Qeyd edək ki, Avstraliyada daha 5 cüdoçumuz mübarizəyə qoşulacaq.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.