8 noyabr 2015 20:00

Azərbaycan cüdoçuları Afrikada daha 3 medal qazandılar

Port-Lui şəhərində keçirilən Afrika açıq çempionatının ikinci günü Azərbaycan cüdoçuları üçün daha uğurlu olub. Azerisport.az xəbər verir ki, çempionatın ikinci günündə idmançılarımız aktivinə daha 3 bürünc medal yazdırıb.

81 kq çəki dərəcəsində mübarizə aparan Əbdülhəqq Rəsullu ilk olaraq Qətər nümayəndəsi Usama Xadcamaya qalib gəlib. 1/4 finalda Montaneqro təmsilçisi Sırcan Mravleviçə məğlub olan idmançımız təsəlliverici mübarizəyə qoşulub. Rəsullu bu mərhələdə ilk olaraq Qabonlu Pol Kibikaini məğlub edib. Daha sonra Marko Bubanyaya qalib gələn cüdoçumuz bürünc medala sahib çıxıb.

90 kq çəki dərəcəsində mübarizəyə qoşulan idmançımız Məmmədəli Mehdiyev də bürünc medal qazanıb. İdmançımız çilili Tomas Briseno və mərakeşli İmad Abdullauini məğlub edərək yarımfinala çıxıb. Mehdiyev yarımfinalda Əlcəzair cüdoçusu Adberəhman Benamadiyə uduzub, lakin üçüncü yer uğrunda mübarizədə britaniyalı Endryu Berns üzərində qələbə qazanmağa nail olub.

Daha bir çüdoçumuz uğurlu nəticəyə imza atıb. Belə ki, ağır çəkidə dərəcəsində mübarizə aparan Uşanqi Kokauri də bürünc medal qazanıb. İtaliyalı cüdoçu Alessio Maskettini məğlub edən idmançımız avstriyalı Daniel Allerstorferiyə də qalib gələrək yarımfinala çıxıb. Lakin Kokauri də bu mərhələdə əlcəzairli idmançı Amin Tayebə məğlub olaraq üçüncü yer uğrunda mübarizəyə qoşulub. Bürünc medal uğrunda qarşılaşmada o, Tacikistan cüdoçusu Məhəmmədmurad Əbdülrəhmanova qalib gəlib.

Bununla da Azərbaycanın cüdo üzrə milli komandasının aktivindəki medalların sayı dördə çatıb.

Qeyd edək ki, çempionatın ilk günündə 48 kq cəki dərəcəsində mübarizə aparan cüdoçumuz Ayşə Qurbanlı da bürünc medala sahib çıxıb.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.