5 noyabr 2015 18:00

Dünya birinciliyində uğur qazanan cüdoçularımız mükafatlandırıldı

Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə gənc cüdoçuların dünya birinciliyi keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan idmançıları bu yarışın 2 medalını qazanıblar. Hidayət Heydərov və Firudin Dadaşov dünya birinciliyinin bürünc medallarına layiq görülüblər.

Azərbaycan Cüdo Federasiyasında mötəbər yarışda mükafat qazanan cüdoçular, onların şəxsi məşqçi-müəllimləri, milli komandanın məşqçi və texniki heyətinin nümayəndələri ilə görüş keçirilib. 

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov çıxış edərək, Prezident İlham Əliyevin hər zaman idman və olimpiya hərəkatının inkişafına xüsusi önəm verdiyini vurğulayıb. O, federasiyanın prezidenti Rövnəq Abdullayevin cüdoçulara göstərdiyi diqqət və qayğını da qeyd edib. 

Sonra tədbirdə əməkdar məşqçi Ağayar Axundzadə, milli komandanın məşqçiləri Fərhad Məmmədov, Elçin İsmayılov, uğur qazanan idmançıların şəxsi məşqçi-müəllimləri Tərlan Həsənov, Etibar Bağırov da çıxış edərək onlara göstərilən böyük etimada görə federasiyanın rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Sonda gənclər arasında dünya birinciliyinin mükafatçılarına, onların şəxsi məşqçilərinə, milli komandanın məşqçiləri və texniki heyətinə pul mükafatları təqdim olunub. 

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.