29 oktyabr 2015 13:00

Əbu-Dabidə bürünc medal qazanan cüdoçularımız vətənə döndülər

Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən gənc cüdoçuların dünya birinciliyinə yekun vurulub və Azərbaycan idmançıları bu yarışın iki bürünc medalını qazanıblar. Azerisport.az xəbər verir ki, artıq cüdo üzrə gənclərdən ibarət yığma komandamız vətənə dönüb.

Onları Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo Federasiyasının nümayəndələri, jurnalistlər və idman ictimaiyyətinin bir qrup üzvü qarşılayıb.

Bürünc medalçılar Hidayət Heydərov və Firudin Dadaşov jurnalistlərin suallarını cavablandırıblar. İdmançılarımız yarış haqqında təəssüratlarını bölüşüblər. Onlar mundialda güclü cüdoçuların mübarizə apardığını və bu səbəbdən yarışların çətin keçdiyini söyləyiblər. Medalçılarımız gələcək yarışlarda daha yaxşı nəticə göstərə biləcəklərinə inandıqlarını vurğulayıblar.

Komandanın məşqçisi Elçin İsmayılov isə bunları söyləyib: “Son bir ay ərzində təlim-məşq toplanışına başladıq. Buna baxmayaraq, uşaqlar çox gözəl nəticə qazandılar, onların nəticəsindən məmnunuq. Yarışda daha yaxşı nəticə qazana bilərdik. Ancaq hakimlərin haqsızlığı buna imkan vermədi”.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.