27 oktyabr 2015 15:20

İlham Zəkiyev Əbu-Dabidə

Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə gənc cüdoçuların dünya birinciliyi keçirilir. Azerisport.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığma komandası da bu yarışda iştirak edir.

“Neftçi İdman Klubu”nun paralimpiyaçı cüdoçusu, ikiqat paralimpiya çempionu, ikiqat dünya və beşqat Avropa çempionu, əməkdar idman ustası, “Şöhrət” ordenli, “Tərəqqi” medal sahibi, Heydər Əliyev Fondunun təsis etdiyi beynəlxalq “Qızıl çinar” mükafatının laureatı İlham Zəkiyev gənclərin dünya birinciliyində paralimpiya cüdosunun təqdimatı münasibətilə Beynəlxalq Cüdo Federasiyası (İJF) tərəfindən Əbu-Dabiyə dəvət olunmuşdu. Zəkiyev və digər təmsilçisimiz, Azərbaycanın paralimpiyaçı cüdoçularından ibarət milli komandanın üzvü Kənan Abdulxanlı ilə birlikdə nümunəvi çıxışlar ediblər.

Yarışın keçirildiyi idman sarayında respublikamızın fəxri, dünya paracüdosunun ulduz idmançısı İlham Zəkiyevin erməni snayperi tərəfindən vurularaq görmə qabiliyyətini itirməsi elan olunub.

Sonra paralimpiyaçı cüdoçuların test yarışları keçirilib.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.