25 oktyabr 2015 20:00

Azərbaycan cüdoçusu dünya birinciliyində bürünc medala sahib oldu

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən gənc cüdoçular arasında dünya çempionatında Azərbaycan milli komandası daha bir medala sahib olub. Azerisport.az xəbər verir ki, 90 kq çəki dərəcəsəində yarışan cüdoçumuz Firudin Dadaşov mundialda yalnız bir görüşdə məğlub olaraq bürünc medal qazanıb.

Start görüşündə Yeni-Zelandiya təmsilçisi Mettyu Roulini məğlub edən Dadaşov daha sonra Tacikistan idmançısı Səlim Faruxiyə qalib gəlib. 1/4 finalda almaniyalı David Tekiçə uduzan cüdoçumuz bürünc medal uğrunda təsəlliverici görüşə qatılıb. Burada Polşa nümayəndəsi Rafal Kozlovskiyə “ippon” - təmiz qələbə ilə qalib gələn Firudin Dadşov 3-cü yer uğrunda görüşdə rusiyalı Mixayil İqolnikovu udub. Beləliklə, Azərbaycan cüdoçusu Firudin Dadaşov dünya birinciliyinin bürünc medalını qazanıb.

Qeyd edək ki, gənclər arasında dünya birinciliyində mübarizə aparan milli komandamızın aktivində 2 bürünc medal var. 66 kq çəkidə yarışan Hidayət Heydərov da mündialda 3-cü yeri tutmuşdu.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.