25 oktyabr 2015 11:40

Azərbaycan cüdoçusu dünya birinciliyində bürünc medal qazandı

Əbu-Dabidə gənc cüdoçular arasında keçirilən dünya birinciliyinin ikinci günü Azərbaycan idmançıları üçün uğurlu olub. Azerisport.az xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Hidayət Heydərov dünya birinciliyində yalnız bir görüşdə məğlub olaraq bürünc medal qazanıb.

Fələstin, Kosta-Rika, Avstriya və Hollandiya idmançılarını məğlub edən Heydərov yarımfinalda Yaponiya cüdoçusu Masaya Asariyə uduzub. Üçüncü yer uğrunda görüşdə kolumbiyalı Xuan Telyoya qalib gələn cüdoçumuz mundialın bürünc medalına sahib çıxıb.

73 kq çəki dərəcəsində yarışan milli komandamızın digər üzvü Hüseyn Rəhimli dünya birinciliyində ilk görüşünü Böyük Britaniya cüdoçusu Erik Hamaya qarşı keçirib. Bu görüşdə qələbə qazanan Rəhimli sonra avstraliyalı Sem Kinq, sloveniyalı Yan Kozak və qazaxıstanlı Didar Həmzəni də məğlub edərək yarımfinala çıxıb. Bu mərhələdə cüdoçumuz Gürcüstan nümayəndəsi Tamazi Kirakozaşviliyə məğlub olub. Bürünc medal uğrunda görüşdə braziliyalı Linkoln Neveslə qarşılaşan Hüseyn Rəhimli rəqibinə uduzaraq 5-ci yeri tutub.

Qızların yarışında isə Azərbaycan idmançısı Səkinə Zayırova ilk görüşdə mərakeşli İkram Soukateyə yenilərək mübarizəni dayandırıb.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.