17 oktyabr 2015 18:40

Rövnəq Abdullayevlə Sadıq Sadıqov Böyük dəbilqə turnirini canlı izləyir

Bu gün Fransanın paytaxtı Parisdə cüdo üzrə "Böyük dəbilqə" turniri start götürüb. Azerisport.az xəbər verir ki, bununla əlaqədar Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev də sözügedən ölkəyə səfərə yollanıb.

O, qurumun vitse-prezidenti Sadıq Sadıqov və Elnur Məmmədli ilə birgə yarışı canlı izləyir.

Bunadək isə ACF prezidenti Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizirlə görüş keçirib. Vizir Abdullayevi ACF-yə yeni prezident təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arulayıb. O, həmçinin ölkəmizdə idmana dövlət səviyyəsində qayğı göstərilməsini yüksək qiymətləndirib. Vizir həmçinin Avropa Oyunlarının yüksək səviyyədə keçirildiyini də diqqətə çatdırıb.

Qeyd edək ki, "Böyük dəbilqə" turniri Parisin "Akkor Hotels Arena" kompleksində keçirilir.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.