1 mart 2015 19:00

Elnur Məmmədlu cüdoçuların aksiyasından danışdı

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli cüdoçuların bir neçə aydır maaş ala bilmələrinə görə etiraz aksiyası keçirməsini düzgün qərar hesab etmir. Azerisport.az saytına açıqlamasında Məmmədli problemi federasiyanın daxilində həll etməyin vacibliyindən danışıb:

"Mənə bu barədə deyəndə dedim ki, gəlin hər bir məsələni federasiyanın daxilində həll edək. Hər bir idman növündə narazılıq ola bilər. Bu, adi haldır. Amma əsas onu daxildə həll etməkdir. Bu mənada cüdoçuların düzgün hərəkət etmədiyini düşünürəm. Ola bilər, nədənsə narazıdırlar. Hazırlıq baxımından problem ola bilməz. İndi şəhərin mərkəzində gözəl bazamız var. Mən olimpiya çempionu olanda heç bazamız yox idi. Məvaciblərini alırlar. Bir-iki gün gecikmə hər yerdə olur. Xarici ölkələrdə hazırlıq keçirlər. Yaxınlarda Almaniyada Qran-Pri turnirində çıxış ediblər. Federasiya rəhbərliyi bu gün hər bir məsələni həll etməyə hazırlaşır. Çünki, yayda hamımız Avropa Oyunlarında uğur qazanmaq istəyirik. Yeni iş həftəsində onlarla görüşüb bütün məsələləri müzakirə etməyə çalışacayıq”.

Qeyd edək ki, etiraz aksiyası keçirən milli komandanın üzvləri Azərbaycan Cüdo Federasiyasından maaşlarının verilməsini tələb ediblər. Aksiyada Ermənistanın paytaxtı İrəvanda keçirilən gənclər arasında dünya çempionatının qalibi olmuş Elmar Qasımov və Azərbaycanın ən tanınmış cüdoçularından olan Nicat Şıxəlizadə, Elxan Məmmədov da iştirak edib.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.