8 dekabr 2014 14:10

Cüdoçularımızdan böyük qələbə

Noyabrın 29-30-da “Zirvə” İdman Klubunun cüdoçuları Türkiyənin Ankara şəhərində mötəbər bir turnirdə iştirak ediblər. Azerisport.az xəbər verir ki, klubun bu şəhərdəki “Altınpark-Akarsu Yarış Kompleksi”ndə böyük rəhbər Mustafa Kamal Atatürkün xatirəsinə həsr olunmuş beynəlxalq “Atatürk Kuboku” keçirilib. Azərbaycanı bu yarışda sözügedən klubun idmançıları təmsil ediblər.

Baş məşqçi Hətəm Əhmədov və məşqçi Elməddin Əhmədovun rəhbərliyi altında Kubokda 20 cüdoçu qatılıb. Onların hər biri fəxri kürsüyə qalxaraq ölkəmizi layiqincə təmsil edə biliblər. Yarışda ümuilikdə 350-dən çox cüdoçu iştirak edib. Komandamız ümumilikdə 9 qızıl, 5 gümüş və 6 bürünc medal qazanıblar.

İdmançılarımızın nəticələri ilə tanış olun:
 

2005-07-ci illər təvəllüdlü idmançılar
İdmançıÇəkiYer
Vəlizadə Turac21 kq1
Məmmədov Xaliq21 kq2
Həsənov Emin24 kq1
Sultanlı Nihat24 kq3
Cəlilov Şəhriyar34 kq1
2003-04-cü illər
Əliyev Murad26 kq1
Məmmədgil Alper30 kq1
Hacıyev Oruc30 kq2
Səmədov Hikmət30 kq3
Əzməmməd Elcan38 kq3
Məmmədov Hüseyn+60 kq2
2001-02-ci illər
Abbasov Xəzər30 kq1
Yaqublu Araz38 kq3
Nəzərli Pərviz42 kq2
Cəlilov Rəvan46 kq2
Soltanov Abdullətif50 kq3
1998-2000-ci illər
Qurbanov İman50 kq3
Bədəlov Babək55 kq1
Seyidov Rafiq60 kq1
1995-97-ci illər
Salamov SalamNevaza (dizüstü)1

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.