31 avqust 2014 11:45

Cüdo üzrə beynəlxalq Zirvə Kuboku başladı

Cüdo üzrə beynəlxalq “Zirvə Kuboku” – “Zirvə Beynəlxalq İdman Klubunun cüdo idman növü üzrə 1998-2000, 2001-2006-cı il təvəllüdlü oğlanlar arasında açıq birinciliyi”nə start verilib. Azerisport.az xəbər verir ki, avqustun 30-31 tarixlərində keçiriləcək bu birincilikdə 200-dən çox idmançının iştirak edəcək.

Onların içərisində regionlarımızdan İsmayıllı, Lənkəran, həmçinin Xırdalan, Sumqayıt və Bakı, eyni zamanda Türkiyə filialımızdan cüdoçular da vardır. Bütün bu idmançılar “Zirvə” BİK-in üzvləridir.

Artıq yarışların təntənəli açılış mərasimi keçirilib. “Zirvə” İK-nın prezidenti Tofiq Heydərov giriş spzü ilə çıxış edərək iştirakçılar və qonaqları salamlayıb: “Klubumuz hər il ağır atletika ilə yanaşı, cüdo və gimnastika idman növləri üzrə də müntəzəm yarışlar keçirir. Sevindirici haldır ki, artıq yarışlarımızı beynəlxalq xarakter almağa başlayıb. “Nəqşicahan” Cüdo Klubu ilə birlikdə təşkil etdiyimiz bu “Zirvə Kuboku”nda Türkiyədən olan idmançılar iştirak edirlər. Gələn il isə biz Rusiya, Moldova, Ukrayna və Gürcüstandan da cüdoçuları dəvət edəcək, daha böyük yarışlar təşkil edəcəyik. Azərbaycanda idmanın inkişafı yüksək sürətlə gedir. Bütün növlərə dövlətimiz tərəfindən diqqət və qayğı vardır. Bunun nəticəsində idmançılarımız beynəlxalq yarışlarda uğurlar qazanaraq, ölkəmizin bayrağını yüksəklərə qaldırırlar. Azərbaycanın ilk Olimpiya medalını da cüdoçu – 1992-ci il Barselona Olimpiadasının qalibi Nazim Hüseynov qazandırmışdır. Biz “Zirvə” BİK olaraq cüdonun inkişafı üçün lazımi şəraiti yaratmağa hazırıq. Ümid edirik ki, bizim yarışlarımızda çıxış edən idmançıların içərisindən neçə-neçə Nazim Hüseynovlar çıxacaq, Azərbaycanın adını, bayrağını yüksəldəcək, himninin səslənməsinə nail olacaqdır”.

Daha sonra Tofiq Heydərov yarışı açıq elan etdi. Azərbaycan Respublikasının dövlət himni çalınandan sonra görüşlər başladı. (klub saytı)

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.