12 may 2014 16:44

Marius Vizer: 2017-ci ildə dünya çempionatını Bakıda keçirmək istəyirik

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer azerisport.az saytına müsahibəsində Bakıda keçirilən Böyük Dəbilqə turnirindən, Heydər Əliyevin Fondunun yubileyində iştirakından və Azərbaycanla əməkdaşlıq planlarından danışıb:

- Səfərinizin məqsədi yəqin ki, Bakıda keçirilən Böyük Dəbilqə turnirində iştirak etmək olub...
- Bakıya gəlməkdə məqsəd, Böyük Dəbilqə turnirində və Heydər Əliyev Fondunun 10 illik yubileyində iştirak etməkdir. Heydər Əliyev Fondu Azərbaycanda və dünyada təhsil, idman və digər sahələrin inkişafına böyük dəstək olur. Bu mənada əlamətdar tədbirdə iştirak etməyi özümə borc bildim. Eyni zamanda Böyük Dəbilqə turniri artıq sona yaxınlaşır. İkinci dəfə keçirilən turnirin təşkilatçılığını izləmək maraqlı idi.

- Azərbaycanla gələcək əməkdaşlıq barədə müzakirələr hansı səviyyədədir?
- Ölkənizdə cüdoya göstərilən diqqət məni razı salır. Bununla belə, yeniyetmə cüdoçularla işi gücləndirmək istərdim. Ona görə federasiya ilə müzakirələrimiz olacaq. Məktəblərdə idman dərslərində cüdo xüsusi yanaşmanı vacib sayıram. İstərdim ki, uşaqlar mümkün qədər erkən yaşlarında cüdo haqda məlumat əldə edərdi. 

- Heydər Əliyev Fondu ilə hansı sahədə əməkdaşlıq edəcəksiniz?
- Gələn ay iki layihə ilə Heydər Əliyev Fonduna müraciət edəcəyik. Əgər bu layihə onları maraqlandırsa, birgə işləməyimiz mümkündür. Birinci layihə rəhbərlik etdiyim qurum tərəfindən hazırlanıb. İkinci isə “Sportaccord”a aiddir. 

- Böyük Dəbilqə turnirinin gedişdən razısınız? Bu yarış gələn il də olacaq?
- Razılaşmaya əsasən, turnir 2015-ci ildə də keçiriləcək. Bundan sonra müqavilə başa çatır. Gələcək əməkdaşlıq haqda indidən nə isə söyləmək çətindir. Ona görə yalnız 2015-ci ildə keçiriləcəyini deyə bilərəm. Turnirin gedişindən razıyam. Azərbaycan idmançılarının da medal qazandığına sevinirəm. 2015-ci ildə ölkənizi Avropa Oyunları kimi mötəbər yarış gözləyir. İnanıram ki, ölkəniz turniri yüksək səviyyədə keçirəcək.

- Cüdo üzrə Avropa Oyunlarına lisenziya yarışları hansı qaydada olacaq?
- Artıq bu barədə qərar qəbul edilib. Hər ölkə reytinqə düşən idmançılarına əsasən lisenziya qazanacaq. Yəni, beynəlxalq federasiyanın reytinqi əsas götürüləcək. Vaxt az qaldığı üçün əlavə turnirlər keçirmək lazım deyil.

- Növbəti illərdə Azərbaycan cüdo üzrə hansı mötəbər yarışa ev sahibliyi edə bilər?
- Hazırda müzakirələr davam edir. Azərbaycan 2017-ci ildə cüdo üzrə böyüklər arasında dünya çempionatını keçirmək istəyir. Biz bu istəyə müsbət yanaşırıq. Ona görə müəyyən məsələlər həll olunmalıdır. Əgər rəsmi qaydada müraciət olunsa, mötəbər yarışı Bakıya etibar etməyimiz mümkündür. Ümid edirəm ki, dünya çempionatı Azərbaycanda keçiriləcək. 

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.