8 fevral 2014 00:11
Elnur Məmmədli Parisə yollandı
Fevralın 8-dən 9-dək Parisdə cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycanı yarışda İlqar Müşkiyev (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Alimli (81 kq) və Elmar Qasımov (100 kq) təmsil edəcək.
Komandamız səfərə Cüdo federasiyasının vitse-prezidenti Elnur Məmmədlinin rəhbərliyi ilə yollanır. Komanda turnirdən sonra təlim-məşq toplanışında iştirak edəcək.
