13 dekabr 2013 14:22
Elnur Məmmədli: Yeni olimpiya çempionlarının olması üçün çalışacağam
Azərbaycan cüdo federasiyasının vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli təyinatı ilə bağlı azerisport.az saytına açıqlama verib: "Hər zaman mənə dəstək olan federasiya rəhbərliyinə və Neftçi İSM-ə təşəkkür edirəm. Şadam ki, idmanda qalmaqda davam edəcəyəm. Bundan sonra gənc nəslin yetişməsi üçün çalışacağam. İstəyirəm ki, Azərbaycanın yeni olimpiya və dünya çempionları olsun. Federasiyanın vitse-prezidenti kimi regionlara səfərlər edəcəyəm. İstedadlı yeniyetmələrin inkişafına kömək edəcəyəm. Cüdo hazırda inkişaf dövründədir. Bu dövrün davam etməsi üçün çalışmalıyıq. Ən əsas işim indi başlayır. Etimadı doğrultmaq üçün səylə çalışacağam".
