7 noyabr 2013 10:48
Məmmədov niyə Azərbaycan çempionatında iştirak etmədi?
Cüdo üzrə milli komandamızın baş məşqçisi Peter Zayzenbaher dünya çempionu Elxan Məmmədovun ölkə çempionatında iştirak etməməsinin səbəbini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunu belə şərh edib:
"Elxan təcrübəli, eyni zamanda gənc idmançı deyil. Onun yaşını nəzərə alaraq, ehtiyatlı davranmalıyıq. Bu mənada məşqçilər korpusu dünya çempionunu qorumaq istədi. Elxan xüsusi proqramla məşqləri davam etdirir və yeni mövsümdə yenidən tatami üzərinə çıxacaq. 2013-cü il artıq başa çatır və o əsas yarışı major notda bitirdi".
