4 noyabr 2013 10:50

7 cüdoçumuzun reytinqi yaxşıdı

Beynəlxalq Cüdo Federasiyası (IJF) yeni reytinq cədvəlini dərc edib. Azerisport.az xəbər verir ki, IJF-in sıralamasında milli komandamızın aparıcı üzvləri müxtəlif mövqelərdə qərarlaşıblar.
 
Siyahıda 7 tatami ustamızın vəziyyəti çox yaxşıdı. Sentyabrda Braziliyanın Rio de Janeyro şəhərində keçirlmiş dünya çempionatında Azərbaycanın ilk qızıl medalını qazanmış Elxan Məmmədov, 100 kq-da çıxış edən cüdoçuların arasında birinciyini qoruyur. Onun 2376 xalı var.
 
Bu çəkidə mübarizə aparan yenə Elmar Qasımov 7-cidi (984). Şahin Qəhrəmanov (90 kq) da komanda yoldaşı ilə eyni yerdədi. Adı son çəkilən idmançının xalı nisbətən azdı - 810.
 
Həmin mötəbər yarışda bürünc mükafata sahib çıxmış Orxan Səfərov (60 kq) sürətlə irəliyərək, ötən 22-ci pilləyə yüksəlmişdi (481). Bu ay onu koreyalı cüdoçu bir pillə qabaqlayıb. Eyni çəkidə güləşən İlqar Müşkiyev 15-cidi (638).
 
Digər təmsilçilərimizdən, 66 kq-da Nicat Şıxəlizadə 2 sıra geriləyərərək 13-cü (868), 73 kq-da Rüstəm Orucov 14-cüdü (796). 81 kq-da  Tural Savquliyev 7 pillə aşağı düşüb. O, 406 xalla 34-cüdü. Olimpiya çempionu Elnur Məmmədli 52-ci (242) və +100 kq-da Vaxtangi Bitiyev 72-ci (104) mövqelərində qalıblar.
 
Qadın cüdoçuların reytinqində ən yaxşı göstərici Kifayət Qasımovadadı (57 kq). O, 576 xalla 16-cıdı. 52 kq-da Turanə Seyidi 55-ci (170), 63 kq-da Ramilə Yusubova 66-cıdı (124).

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.