2 noyabr 2013 13:09

Peter Zayzenbaher titullu cüdoçularımızı cərimələdi

Milli komandamızın baş məşqçisi Peter Zayzenbaher aparıcı cüdoçularımızı cərimələyib. Bu barədə azerisport-un əməkdaşına etibarlı mənbədən məlumat verilib. Deyilib ki, avstriyalı mütəxəssis seçmə kollektivin bir neçə üzvünü ötən ay 1-də məşqə keçikdiyi, Qurban bayramında isə, hazırlığa gəlmədiyi üçün maaşlarından kəsib.
 
Cərimələnlər arasında xeyli titullu cüdoçu var. Zayzenbaher çıxardığı qanunlarında sərtdir və ən yüksək nəticə vermiş idmançını belə, bağışlamır. Onun şətrinə görə, millinin üzvləri əmək haqqını reytinqə görə alırlar. 
 
Dünya sıralamasında ilk 8 yerdə qərarlaşanlar 1000, 9-22-ci mövqelərdə 500, 22-35-ci olanlar hər ay 250 manat qazanırlar. Eyni qanun qadınlara da tətbiq olunub. Xanım cüdoçuların ümumi siyahısında ilk 16 pillənin sahibi olimpiadaya lisenziya əldə edir.
 
Avstriyalı çalışdırıcının qərarına əsasən, bu olimpiya reytinqində mövqeyini itirən idmançıların məvacibləri növbəti aydan kəsilir. Avropa və dünya çempionatlarındə fərqlənən kimono ustaları yüksək mükafatla yanışı, sonrakı bir il müddətinə qədər əlavə maaş alırlar.
 
Avropalı mütəxəssisin məşq üslubu da bizimkilərdən seçilir. Gündə 2 dəfə, minimum 3 saat məşq keçən Zayzenbaher, cüdoçuları yükləyir. Buna alışıq olmayan komanda üzvləri narazı olsalar da, bu, ümumi işin xeyrinədər. Fiziki güclülük və dayanıqlılıq müasir cüdonün əsas tələblərindəndir. 
 
Tibbi müayinə və bərpaya da xüsusi önəm verən avstriyalı baş məşqçi, komandanı daim nəzarətdə saxlayır. Əldə etdiyimiz başqa bilgiyə görə, həyatda da ciddi olan Zayzenbaherə sözü və xahişi, cüdoçularımız, zarafata salıb deyirlər.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.