14 oktyabr 2013 00:01

Yığmamızın dünya çempionatı üçün heyəti açıqlandı

23-27 oktyabr aralığında Sloveniyanın paytaxtı Lyublynada gənc cüdoçular arasında dünya birinciliyi keçiriləcək. Azerisport.az saytı xəbər verir ki, bu yarışda milli komandamız da iştirak edəcək.
 
Baş məşqçi Hacıağa Hacıəhmədov heyətə Mehman Sadıqov, Davud Məmmədov (hər ikisi - 55 kq), Oruc Vəlizadə, Rəşad Rufullayev (60 kq), Cəlil Cəlilov (66 kq), Afiq Səfarli, Hüseyn Rəhimli (73 kq), Abdulhaqq Rəsullu, Məmmədəli Mehdiyev (81 kq) və Firudin Dadaşovu (90 kq) daxil edib.
Təcrübəli mütəxəssis çempionat öncəsi bildirib ki, hədəf avqustda ABŞ-ın Mayami şəhərində təşkil olunan birincilikdə yeniyetmələrimizin göstərdiyi uğuru burada bir daha təkrarlamaqdı. Həmin mübarizədə Natiq Qurbanlı 50 kq-da bütün rəqiblərini məğlub edərək Azərbaycan cüdosunda ilk çempion kimi tarixə düşüb.
 
Gənclərdə isə, bu zəfər yaxın keçmişdə qazanılıb. İndi ustalarda çıxış edən Nicat Şıxəlizadə o zaman öz həmyaşıdlarından güclü olmuşdu.
 
Yeri gəlmişkən, gənclərimiz ötən Bosniya paytaxtı Sarayevada keçirilmiş qitə birinciliyində 2 qızıl və 2 bürünc medal qazanıblar.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.