13 oktyabr 2013 00:25
Nicat Şıxəlizadə: Hədəf növbəti Avropa çempionluğudu!
“Hazırda dünya reytinqində 11-ci yerdə qərarlaşmışam. Çalışacağam, siyahıda daha irəliləyim”. Bunu azerisport.az saytına açıqlamasında cüdo millimizin aparıcı üzvü Nicat Şıxəlizadə (66 kq) deyib.
Dünən 25 yaşını qeyd edən titullu idmançı bildirib ki, məqsədi gələn mövsüm mötəbər arenalarda uğur yetişməkdi:
“Növbəti Avropa çempionatında hədəf medal qazanmaqdı. Düzdü, indiki vəziyyətdə də Rio olimpiadasında lisenziya əldə edirəm. Amma Avropa və dünya çempionatlarında mükafata layiq yer tutmaq daha yaxşı olar”.
