7 oktyabr 2013 13:15

Cüdo mərkəzi niyə tikilmir?

Ötən ilin sonunda Azərbaycan Cüdo-İdman Kompleksinin təməli qoyulmuşdu. Azerisport.az xəbər verir ki, bu mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Cüdo federasiyasının prezidenti Fizuli Ələkbərov, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, ölkənin idman ictimaiyyətinin nümayəndələri və tanınmış çempionlar iştirak etmişdilər.
 
Paytaxtın Nərimanov rayonunda, Tofiq Bəhramov adına Respublika stadionun ərazisində inşasına başlanılan və 2014-cü ilin sonlarında istifadəyə verilməsi nəzərdə tutulan idman qurğusu 4500 kv. m-lik sahəyə, 2 min nəfərlik tamaşaçı tutumuna malik olacaq. Kompleksin tərkibinə 8 mərtəbəli mehmanxana, poliklinika, laboratoriya, fizioterapiya və sağlamlıq mərkəzi, restoran, trenajor zalı və spa mərkəzi də daxildi.
 
Artıq təməlqoya mərasimindən xeyli müddət keçib. Amma ortada səs-səmir yoxdu. Tikintinin hansı mərhələdə olması ilə bağlı federasiya tərəfindən KİV-ə vaxtaşırı heç bir açıqlama verilmir. Son aylar baş arenada olarkən, tikintinin girişində vurulmuş kompleksin plenketinə daha rast gəlmirik.
 
İşin gedişi ilə maraqlanmaq üçün sözügedən məkana yollandıq. Stadionda çalışanlar bildirdilər ki, burada Gənclər və İdman Nazirliyinin xətti ilə idmançılar üçün otel inşa olunur. Düzü, bu, öncədən də məlum idi.
 
Belədə, 4 yandan hasarlanmış keçmiş AMAY-ın ərazisinə diqqət yetirdik. Orada da qızğın iş gedirdi. Tikintini qoruyan mühafizəçi əməkdaşımıza dedi ki, burada, ümumən, idmanla bağlı qurğu tikilmir. Həmin ərazidə böyük ticarət mərkəzi yerləşəcək.
 
Qeydə aldığımız fotolar da Cüdo-İdman Kompleksinin paytaxtda inşasının yenə də ertələndiyini ehtimal edir.
 
Xatırlayırsınızsa, 7-8 il bundan öncə “8-ci kilometr” qəsəbəsində analoji idman qurğusunun inşa ediləcəyi ilə bağlı ictimaiyyətə qeyri-rəsmi məlumat verilmişdi. Amma bir müddət sonra, söhbət öz-özünə qapanmışdı.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.