9 iyul 2013 00:34

“Universiadada Azərbaycan bayrağını yüksəldən ilk idmançı olduğum üçün çox xoşbəxtəm”

Azərbaycan idmançıları Kazanda, XXVII Ümumdünya Universiadasında ilk medalı cüdo yarışlarında qazanıblar. Azerisport.az xəbər verir ki, 81 kq çəki dərəcəsində yarışan Məmmədəli Mehdiyev  5 idmançıya - Maykl Harrison (ABŞ), Tomaz Kosta (Portuqaliya), Senqsu Lii (Koreya), Yaromir Yezekə (Çex Respublikası) qalib gələrək, yarımfinalda yapon cüdoçusu Takanori Nagaseyə uduzub. Bürünc medal uğrunda qarşılaşmada Çin idmançısı Hayuan Qauya qalib gəlib.
 
Qeyd edək ki, Məmmədəli 1993-cü ildə Bakının Əmircan qəsəbəsində anadan olub. 8 ildir ki, idmanla məşğuldur.
 
Universiadanın bürünc mükafatçısı M.Mehdiyev mükafatlandırma mərasimindən sonra fikirlərini bölüşüb:

“Ötən il Gürcüstanda keçirilən dünya kuboku yarışlarında da üçüncü olmuşdum. Bura yalnız qələbə üçün gəlmişdim. Rəqiblərimdən koreyalı Seinqsu Lii və yapon Takanori Nagase çox güclü idilər. Koreylını uda bilsəm də,  yapon idmançı ilə görüşdə qələbə qazana bilmədim. Bu həyatda qazandığım hələlik ən böyük uğurumdur. Lakin qarşıdakı əsas hədəfim Bakıda 2015-ci ildə keçiriləcək Birinci Avropa Oyunlarında iştirak edərək, qızıl medal qazanmaqdır. Qələbəmə görə, dövlətimizə,  ailəmə və məşqçim Tərlan Həsənova minnətdaram. Azərbaycan bayrağını Universiadada ilk yüksəldən idmançı olduğum üçün bu gün çox xoşbəxtəm”.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.