2 iyul 2013 12:52

Azərbaycan idmançıları ilin əsas yarışına hazırlaşırlar

Rio-de-Janeyroda cüdo üzrə dünya çempionatının başlanmasına iki aydan az qalır. Azerisport.az xəbər verir ki, bu çempionat Azərbaycan yığması üçün mövsümün əsas sınağı olacaq.
 
Hazırda komandamız Yaponiyada təlim-məşq toplanışındadı. Lakin artıq indidən əminliklə deyə bilərik ki, bəzi idmançılarımız bu mundialı seçmə atletlər kimi başlayacaqlar. Beynəlxalq Cüdo Federasiyasının (İJF) keçən həftənin sonunda dərc edilmiş reytinqi belə söyləməyə əsas verir.
 
Bu yaxınlarda San-Salvadorda Azərbaycan kollektivinin iştirak etmədiyi qitə kuboku yarışlarından sonra İJF ranqlar cədvəlini dərc etdi. Mundialda seçim üçün həmin cədvəl əsas götürüləcək. Düzdü, dünya çempionatı başlanana qədər bir neçə turnirə start veriləcək. Lakin onların nəticələri reytinq cədvəlindəki vəziyyətə ciddi təsir etməyəcək. Reallıq isə belədi ki, hələlik reytinq cədvəlində ikinci yeri tutan Elxan Məmmədov (100 kq) təsnifatda aparıcı idmançılardan biri sayılır.
 
Bu siyahıda Elxandan əvvəl yalnız bir cüdoçu var – hollandiyalı Xenk Qrol. E.Məmmədov Tümendə “World Masters” turnirinin finalında Qrola qalib gəlmişdi. Üstəlik, həmin çəki dərəcəsində 7-ci yeri Elmar Qasımov tutur. Buna görə çox ehtimal ki, məşqçilərin qərargahı bizim cüdoçuların hər ikisini Rioya dəvət edəcəkdir, çünki çempionatın reqlamentinə görə, hər bir ölkə 7 çəki dərəcəsinin ikisində iki cüdoçu təqdim edə bilər.
 
Bizim digər idmançımız - Olimpiya dövrəsini uğurla başlamış Nicat Şıxəlizadə (66 kq) də dünya üzrə ilk səkkizlikdədi. London Olimpiya Oyunlarının iştirakçısı Tərlan Kərimov isə hələlik ikinci rollarla kifayətlənir. Bu mövsümdə elə bir yaddaqalan uğur qazanmamış Tərlan reytinq cədvəlində 29-cu yeri tutur. 60 kq çəki dərəcəsində çıxış edən İlqar Müşkiyev ondan bir pillə yuxarıdadır, lakin bunun başqa səbəbləri var. Zədələndiyi üçün müalicə olunan və praktiki olaraq çıxış etməmiş İlqar kondisiya səviyyəsinə yenicə yaxınlaşmaqdadı.
 
Bakıda keçirilmiş “Böyük dəbilqə” turnirinin qəhrəmanları Rüstəm Orucov (77 kq) və Şahin Qəhrəmanov (90 kq) reytinq cədvəlində 11-ci yerdədirlər. Onlar “ev startı”ndan sonra Tümendə keçirilən “World Masters” turnirində çıxış etmiş, lakin bu turnir onlar üçün uğursuz olmuşdu. Buna görə də reytinq cədvəlində onlar rəqiblərinin çoxundan geridədirlər.
 
Bununla belə, əgər Azərbaycan cüdoçuları dünya çempionatında uğurla çıxış edərlərsə, onlar əvvəlki səhvlərin əvəzini çıxa bilərlər. Rio-de-Janeyro turniri Pekin Olimpiadasının çempionu Elnur Məmmədli üçün (81 kq) həqiqət anı olmalıdı. Hazırda Elnur 39-cu yeri tutur. Lakin ədalət naminə deməliyik ki, London çempionatından sonra o, cəmi bir dəfə çıxış etmişdir. Ümid edirik ki, Elnur Braziliyada özünü daha yaxşı göstərəcək.
 
Qadınların reytinqində Kifayət Qasımova (57 kq) 24-cü, Ramilə Yusubova (63 kq) 40-cı yerdədi. Çox ehtimal ki, Ramilənin reytinq göstəricisi bir qədər də azalacaq. Çünki olimpiadadan sonra o, heç çıxış etməyib.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.