5 iyun 2013 17:56

Azərbaycan yığmasında israilli cüdoçu çıxış edə bilər

İsrailin aparıcı qadın cüdoçularından sayılan Alis Şlezinger vətəndaşlığını dəyişərək, Azərbaycan adından çıxış edə bilər. Azerisport.az xəbər verir ki, bu barədə “Ukrayna cüdosu” agentliyi məlumat yayıb.
 
Şlezingeri bu addıma İsrail Cüdo Federasiyası ilə münasibətlərinin kəskin pisləşməsi sövq edib. Cüdoçu federasiyanın onu 63 kq çəki dərəcəsindən daha ağır çəkiyə - 70 kq-a qaldırmaq və İsrailin qadın yığmasının baş məşqçisi Şani Gerşkonun rəhbərliyi altına keçirmək istəyinə qarşı çıxıb. O vaxtadək Şlezinger Ukrayna əsilli əri Pavel Musinin rəhbərliyi altında məşq edib. Digər tərəfdən, Gerşko bu cüdoçunun əsas rəqibi Yarden Gerbinin şəxsi məşqçisidir. Martın sonlarında onlar Türkiyədə Qran-pri turnirinin yarımfinalında üz-üzə gəliblər. Əvvəlki 2 görüşdən fərqli olaraq, bu dəfə Gerbi qalib gəlib. Amma Şlezingerin əri və məşqçisi Türkiyəyə öz vəsaiti hesabına gedib. Turnirin ardından bu cüdoçu federasiya rəhbərliyindən şəxsi məşqçisinin Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatına səfər xərclərini ödəməyi tələb edib. Lakin o, rədd cavabı alıb. Bundan sonra Şlezinger və Musin çempionatda iştirakdan imtina ediblər.
 
Belə bir məqamda Azərbaycan tərəfi ona vətəndaşlıq verməyə hazır olduğunu bildirib. Əvəzində 25 yaşlı idmançı ölkəmizin şərəfini qorumalıdır. Şlezinger belə bir təklifi bu yaxınlarda Bakıya şəxsi səfəri zamanı alıb. Eynilə Türkiyə və Böyük Britaniya yığmaları da onunla maraqlanır.
 
Hazırda Şlezingerin vəkili onun gələcəkdə də İsrailin şərəfini qoruması üçün əlindən gələni edəcəyini deyir. Lakin İsrail Cüdo Federasiyası yaranmış vəziyyətdən çıxış yolu tapmaq və kompromis qərarlar qəbul etmək istəmir.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.