8 aprel 2013 13:59

Avropa Kubokundan qızıl və gümüş medallarla

Azərbaycanı beynəlxalq arenada təmsil edən "Qəbələ" cüdoçuları ölkəmizə medallarla qayıdır. Azerisport.az xəbər verir ki, Yunanıstanın Tessaloniki şəhərində keçirilən Gənclərin Avropa Kubokunda iştirak edən çüdoçularımız Mehman Sadıqov və Cəlil Cəlilov onlara bəslənən ümidləri doğruldub.
 
55 kq-da mübarizə aparan Mehman Sadıqov bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub. Sadıqov finalda gürcü Georgi Saçhaleliyə şans verməyib. Digər idmançımız - 66 kq çəki dərəcəsində finala qədər uğurla irəliləyən Cəlil Cəlilov qızıl medal uğrunda görüşdə Gürcustan təmsilçisi Andro Beluaşviliyə məğlub olub və gümüş medala yiyələnib. "Qəbələ"nin digər cüdoçusu, Azərbaycanı 90 kq çəki dərəcəsində təmsil edən Dilavər Şirvanlı bu gün mübarizəyə qoşulacaq. 
 
Ümumilikdə Azərbaycan Kubokda hazırda 4 medal qazanıb. Telman Vəliyev (60 kq) və Afiq Səfərli (73 kq) bürünc medala sahib olublar.
 
Xatırladaq ki, bir neçə gün öncə Ukraynanın Kiyev şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunda Azərbaycanı və “Qəbələ”ni təmsil edən Fəridə Həsənxanova 57 kq çəki dərəcəsində bürünc medal qazanmışdı.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.