20 mart 2013 12:57
Azərbaycan 3 medalla üçüncü oldu
Antalyada Azərbaycan idmançılarının da iştirak etdiyi cüdo üzrə Avropa Kuboku yarışları başa çatıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması turnirdə 3 medal qazanın.
Belə ki, Rüfət Tağızadə (55 kq) və Hidayət Heydərov (60 kq) qızıl, Natiq Qurbanlı (50 kq) isə gümüş medala sahib olublar.
Bu nəticə ilə Azərbaycan yığması ümumi komanda hesabında Türkiyə və Rusiyadan sonra üçüncü pillədə qərarlaşıb.
