19 dekabr 2012 14:44

Cüdo-İdman Kompleksinin təməlqoyma mərasimi keçirildi (FOTO)

Bu gün Azərbaycan Cüdo-İdman Kompleksinin təməli qoyulub. Azerisport.az xəbər verir ki, kompleksin təməlqoyma mərasimində Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Cüdo Federasiyasının prezidenti Fizuli Ələkbərov, Azərbaycan Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Azərbaycan Cüdo Federasiyasının üzvləri, tanınmış idmançılar, respublikanın idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
 
Mərasim iştirakçılarına yeni kompleksin texniki göstəriciləri barədə məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Nərimanov rayonunda inşasına başlanılan və 2014-cü ilin sonlarında istifadəyə verilməsi nəzərdə tutulan Azərbaycan Cüdo-İdman Kompleksi 4500 kv.m-lik sahəyə, 2 min nəfərlik tamaşaçı tutumuna malik olacaq. Kompleksin tərkibinə 8 mərtəbəli otel, poliklinika, laboratoriya, fizioterapiya və sağlamlıq mərkəzi, restoran, trenajor zalı və spa mərkəzi də daxildir.
 
Cüdo idman növünün respublikanın bölgələrində də maddi-texniki bazası gücləndirilir. Belə ki, hazırda İsmayıllı rayonunda da Cüdo Mərkəzi inşa olunur. Milli cüdo yığmasının peşəkarlığının daha da yüksəldilməsi, peşəkar məşqçi və hakim heyətinin hazırlanmasının da diqqətdə saxlanıldığı qeyd olunaraq, bir müddət bundan öncə ikiqat Olimpiya, dünya və Avropa çempionu Peter Seysenbaxerin milli cüdo yığmasına baş məşqçi təyin olunduğu bildirilib.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.