2 noyabr 2012 00:50

İlqar Muşkiyev: İrəvanda bizim avtobusumuz heç qırmızı işıqda da dayanmırdı

Noyabrın 26-da İrəvanda boks üzrə gənclər arasında dünya çempionatı start götürəcək. Azerisport.az xəbər verir ki, bu mundialda Azərbaycan boksçuları da iştirak edəcəklər.
 
Üç il öncə Ermənistanda cüdo üzrə Avropa çempionatında da Azərbaycan idmançıları qüvvəsini sınamışdılar və hətta uğur da qazanmışdılar. Məhz həmin qitə birinciliyinin finalçılarından olan İlqar Muşkiyev saytımıza müsahibəsində bəzi maraqlı fikirlər səsləndirib.
 
“Üstündən üç il keçsə də, həmin turnirlə bağlı hər şeyi yaxşı xatırlayıram. Xüsusilə də ordan qayıdarkən Bakıda necə qarşılanmağımız heç yadımdan çıxmır. O vaxt beş medal qazandıq. Elmar Qasımov isə qızıl medal qazanmaqla hamımızı sevindirdi. Mən də finala çıxmışdım. Amma həlledici görüşdə hakim rusiyalı rəqibimə simpatiya nümayiş etdirdi. Özümdə də günah oldu. Yarımfinaldakı rəqibim isə erməni olmuşdu – Vazaryan. Təbii ki, publika onu dəstəkləsə də, hər şeyə rəğmən, onu məğlub etmişdim. Çünki bütün bunlara psixoloji cəhətdən xüsusi hazırlaşmışdıq. Yəni əslində bu qitə birinciliyinin digər çempionatlardan ciddi fərqi yox idi”.
 
Muşkiyev boks yığmamızın üzvlərinə məsləhətlərini də çatdırıb: “Əsas hazırlıqdı. Yığmamızda perspektivli boksçular var və onlar özlərini İrəvanda göstərə bilərlər. Əminəm ki, yığmamızın üvləri ordan böyük uğurlarla qayıdacaqlar”.
 
Cüdo yığmamızın üzvü İrəvanda təhlükəsizliklərinin necə təmin olunmasından da danışıb: “Bizə orda şəhərə çıxıb gəzməyə icazə verilmirdi. Ancaq otelə və yarışın keçirildiyi kompleksə gedib gəlirdik. Hətta yığmamızın formalarını geymək də qadağan edilmişdi. Mülki geyimlərdə olurduq. Təhlükəsizliyimiz də yüksək səviyyədə təşkil olunmuşdu. Xüsusi oteldə qalırdıq. Hər dəfə də yola çıxanda xüsusi polis maşınları bizi müşaiyət edirdi. Bizim avtobusumuz heç qırmızı işıqda da dayanmırdı. Hətta ayaqyoluna gedəndə də yanımızda xüsusi təhlükəsizlik işçisi olurdu”.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.