25 avqust 2012 14:23
Dünya kuboku yarışlarının sayı azaldı
Beynəlxalq Cüdo Federasiyasının cari ilin ikinci yarısı üçün təqviminə dəyişikliklər edilib. Azerisport.az xəbər verir ki, Almatıda keçirilməsi nəzərdə tutulan Dünya kuboku yarışları ləğv olunub.
Bununla əlaqədar, idmançılar üçün reytinq xarakterli ən yaxın start sentyabrın 8-9-da Ulan-Batorda keçirilməsi nəzərdə tutulan Dünya kuboku yarışları olacaq. Sentyabr ayında daha iki analoji yarış baş tutacaq. Belə ki, sentyabrın 22-23-də Daşkəndə və sentyabrın 29-30-da Romada Dünya kuboku yarışları keçiriləcək.
