12 avqust 2012 02:04
Yeni reytinq cədvəli açıqlandı
Beynəlxalq Cüdo Federasiyası (İJF) Olimpiadanın nəticələri də nəzərə alınmaqla növbəti reytinq cədvəlini açıqlayıb. Azerisport.az xəbər verri ki, bəzi Azərbaycan idmançıları yeni siyahıda öz mövqelərini yaxşılaşdırıblar.
İlqar Müşkiyev (60 kq) hazırda yeddinci, Tərlan Kərimov (66 kq) on altıncı yerdədi. Rüstəm Orucov (73 kq) iyirmi birinci sətirdə öz mövqeyini möhkəmləndirib. Elnur Məmmədli (81 kq) isə beşinci yerə düşüb. Reytinq cədvəlində Elxan Məmmədov (90 kq) onuncu, Elmar Qasımov isə (100 kq) iyirmi ikinci yerdədi.
Qadınların reytinq cədvəlində Kifayət Qasımova (57 kq) on birinci, Ramilə Yusubova (63 kq) on dördüncü yerdədi.
