10 iyul 2012 03:18

London olimpiadasına gedəcək cüdoçular ilə görüş keçirildi

İyulun 9-da əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərov XXX London Yay Olimpiya Oyunlarında iştirak edəcək cüdoçularla görüşüb. Azerisport.az xəbər verir ki, görüşdə Füzuli Ələkbərov ölkəmizdə idmanın inkişafı üçün müasir infrastrukturun, o cümlədən regionlarda yeni olimpiya idman komplekslərinin yaradıldığını vurğulayıb.
 
Bildirilib ki, yaxın vaxtlarda Bakıda Cüdo İdman Kompleksinin də inşasına başlanılacaq. Bu, dövlət başçısının idmana diqqətinin daha bir bariz nümunəsidi. Qeyd olunub ki, beynəlxalq turnirlərdə və Olimpiya oyunlarında Azərbaycanı layiqincə təmsil edən cüdoçularımız son beş ildə 1116 qızıl, 829 gümüş, 1056 bürünc medal qazanıblar. Yalnız 2011-ci il ərzində idmançılarımız 270 qızıl, ümumilikdə isə 705 medala sahib olublar.
 
Görüşdə çıxış edən cüdoçular Azərbaycanın idman salnaməsini yeni Olimpiya qələbələri ilə daha da zənginləşdirəcəklərini vurğulayıblar.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.