12 iyun 2012 18:52

Yeni reytinq cədvəli açıqlandı

Beynəlxalq Cüdo Federasiyası (İJF) yeni reytinq cədvəlini açıqlayıb. Azerisport.az xəbər verir ki, Rio-de-Janeyroda keçirilən “Böyük Dəbilqə”nin yekunlarına əsasən müəyyənləşən siyahı London Yay Olimpiya Oyunlarında yığmamızın heyətində yer alacağı gözlənilən cüdoçularımız üçün elə də uğurlu olmayıb.
 
Yarışa qatılmayan millimizin üzvlərindən irəliləyən olmayıb. Əksinə, rəqiblərinin “Böyük Dəbilqə”də uğurlu çıxışı İlqar Müşkiyevlə (60 kq) Ramilə Yusubovanın (63 kq) geriləməsi ilə nəticələnib. Onlardan birincisi 2, digəri 1 pillə aşağı düşüb və müvafiq olaraq 6-cı və 16-cı yerlərdə qərarlaşıblar.
 
Bu cüdoçularımızdan fərqli olaraq Ağayar Axundzadənin digər yetirmələri mövqelərini qoruyublar. Yenə Tərlan Kərimov (66 kq) 17-ci, Rüstəm Orucov (73 kq) 31-ci, Elnur Məmmədli 3-cü, Elxan Rəcəbli (hər ikisi 81 kq) 31-ci, Elxan Məmmədov (90 kq) 10-cu, Elmar Qasımov (100 kq) 27-ci və Kifayət Qasımova (57 kq) 11-cidi.
 
Qeyd edək ki, reqlamentə əsasən kişilərin reytinq cədvəlində ilk 22, qadınlarda isə 16 yeri tutacaq cüdoçular London Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanacaqlar. Yuxarıda adları olan cüdoçulardan yalnız 81 kq çəki dərəcəsində E.Məmmədli və E.Rəcəbli arasında seçim ediləcək. İJF isə London Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançıların adını rəsmi olaraq yaxın günlərdə açıqlayacaq.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.