19 aprel 2012 10:25
Azərbaycan yığması Çelyabinskə yola düşür
Dzyu-do üzrə Azərbaycan yığması bu gün Avropa çempionatının keçiriləcəyi Çelyabinsk şəhərinə yola düşür.
Azerisport.az xəbər verir ki, komandanın heyətinə Orxan Səfərov (60 kq), Tərlan Kərimov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), Rüstəm Orucov (73 kq), Elxan Rəxəbli (81 kq), Elxan Məmmədov, Teymur Əlixanov (hər ikisi 90 kq), Elmar Qasımov (100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) daxildir.
