10 dekabr 2011 11:48

Kifayət Qasımova da Tokioda beşinci oldu (YENİLƏNİB)

Yaponiyanın Tokio şəhərində keçirilən cüdo üzrə “Böyük dəbilqə” turniri davam edir. Azerisport.az xəbər verir ki, lisenziya statuslu turnirin ikinci günündə beş azərbaycanlı cüdoçu da şanslarını sınayıb.
 
73 kq-da Rüstəm Orucov çıxış edirdi. O, startda monqol Odbayar Qanbatarla üz-üzə gəlib. Tərəflər qalibi əlavə vaxtda da müəyyən edə bilməyiblər. Sonda qələbə Rüstəmin rəqibinə verilib.
 
81 kq çəki dərəcəsində ölkəmizi Elxan Rəcəbli təmsil edirdi. O, ilkin döyüşlər zamanı istirahət edərək, rəqibinin kimliyini gözləyib. Elxanın ilk rəqibi isə Yaroslav Şepanyak (Polşa) üzərində qələbə qazanan Artyom Vasilenko (Ukrayna) olub. İdmançımız bu rəqibini məğlub etməyi bacarıb. Lakin növbəti döyüşünü tatami sahiblərindən Takahiro Nakaiyə qarşı keçirən Rəcəbli məğlubiyyətlə üzləşməli olub.
 
90 kq-da Elxan Məmmədov qüvvəsini sınayırdı. Onun ilk rəqibi argentinalı Dieqo Rosati olub. Təəssüf ki, Elxan bu rəqibinə gözlənilmədən uduzaraq, mübarizəni erkən dayandırıb.
 
Qadın cüdoçuların mübarizəsində Kifayət Qasımova (57 кг) startda istirahət edirdi. Onun birinci rəqibi isə İrina Zabludina (Rusiya) üzərində qələbə qazanan İzabel Fernandes (İspaniya) olub. Kifayət ispan rəqibini xal hesabı ilə məğlub etməyi bacarıb. Növbəti mərhələdə isə yaponiyalı Kauro Matsumoto ilə üz-üzə gələn Qasımova məğlub olaraq, turniri beşinci yerdə bitirib.

63 kq-da isə ölkəmiz Ramilə Yusubova ilə təmsil olunub. Ramilənin ilk rəqibi Alis Şlezinqer (İsrail) idi. Təəssüf ki, Yusubova da elə startdaca məğlub olaraq, mübarizəni erkən dayandırmalı olub.
 
Qeyd edək ki, yarış nokaut sistemi üzrə, təsəlliverici görüş olmadan keçirilir. Yarımfinalda məğlub olmuş cudoçular dərhal bürünc mükafata yiyələnirlər. Tokiodakı turnirdə qələbə 200 reytinq xalı qazandırır. Turnirin mükafat fondu isə 150 min dollardı.
 
Yarışların ilk günündə idmançılarımızdan yalnız İlqar Muşkiyev (60 kq) beşinci yeri tutmağa nail olmuşdu.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.