23 sentyabr 2011 12:41
Bakı dünya kubokuna ev sahibliyi edəcək
Oktyabrın 8-9-da Azərbaycanın paytaxtı Bakı cüdo üzrə Dünya Kubokunun növbəti mərhələsinə ev sahibliyi edəcək. Azerisport.az xəbər verir ki, bu ənənəvi turnirə 20-dən çox ölkədən idmançıların gəlməsi gözlənilir. Artıq 15 ölkə bu mərhələdə iştirak edəcəyini təsdiqləyib.
Yarışların ev sahibi olan ölkə kimi Azərbaycan hər çəki dərəcəsində 4 cüdoçu ilə təmsil olunacaq. Milli komandamız hazırda İsmayıllıda təlim-məşq toplantısındadı. Komandanın baş məşqçisi Ağayar Axundzadə bildirib ki, yığmamızın dəqiq heyəti təlim-məşq toplantıları başa çatdıqdan sonra elan ediləcək.
Lisenziya turnirinin qalibləri 100 bal, ikinci yeri tutanlar 60, üçüncü yeri tutanlar 40 bal alacaqlar.
