17 sentyabr 2011 00:10
Dünya kubokunda ilk rəqiblərimiz məlumdu
Bu gün Özbəkistanın paytaxtı Daşkənd şəhərində cüdo üzrə dünya kubokuna start veriləcək. Azerisport.az xəbər verir ki, turnirdə qüvvəsini sınayan yığmamızın üzvlərinin ilk rəqibləri artıq məlumdu.
Belə ki, 60 kq-da mübarizəyə qoşulan İlqar Muşkiyev startda Qazaxıstan cüdoçusu Baxıtjan Turebekovla qarşılaşacaq.
Eyni çəki dərəcəsində mübarizə aparacaq Orxan Səfərov da ilk döyüşünü Qazaxıstan cüdoçusu Yeldos Smetova qarşı keçirməlidi.
66 kq-da mübarizə aparan Tərlan Kərimov tatami sahiblərindən Umidjon Xalilovla qarşılaşacaq.
Eyni çəki dərəcəsindəki digər təmsilçimiz Nicat Şıxəlizadə isə qazax İlyaz İsmaqilovla dueldən qalib ayrılmalıdı.
81 kq-da yarışacaq Rüstəm Alimli mübarizəyə qırğız Nurbek Raymala qarşı döyüşlə qoşulacaq.
Ramin Qurbanov (90 kq) startda Nemətulla Asranqulov (Tacikistan) üzərində qələbə qazanmalıdı.
Elmar Qasımov (100 kq) və Emil Tahirov da (+100 kq) ilk döyüşündə qazax idmançıyla qarşılaşacaq. Qasımov Sabirjan Abidauli, Tahirov Ulan Rıskul ilə mübarizədən qalib ayrılmalıdı.
