17 sentyabr 2011 19:50

İlqar Muşkiyev dünya kubokunda bürünc qazandı (YENİLƏNİB)

Bu gün Özbəkistanın paytaxtı Daşkənd şəhərində cüdo üzrə dünya kubokuna start verilib. Azerisport.az xəbər verir ki, yarışların ilk günündə dörd cüdoçumuz qüvvəsini sınayıb.
 
60 kq-da mübarizəyə qoşulan İlqar Muşkiyev startda Qazaxıstan cüdoçusu Baxıtjan Turebekovla qarşılaşıb və rəqibini ipponla məğlub edib. Növbəti mərhələdə rəqib Qasem Nurizadə (İran) idi ki, idmançımız onu da asanlıqla mübarizədən kənarlaşdırıb.1/4 finaldakı rəqibimiz Səudiyyə Ərəbistanından olan Eysa Madyraşi idi. İlqar onu da məğlub edərək, yarımfinala çıxıb. Finala çıxmaq üçün İlqar özbək Qabit Esembetovu məğlub etməliydi. Lakin o, bu rəqibinə uduzub. Buna baxmayaraq, İlqarın medal qazanmaq şansı qalırdı. Muşkiyev Şarafutdin Lyutfullayevlə (Özbəkistan) mübarizədən qalib ayrılaraq, ölkəmizə ilk medalı (bürünc) qazandırıb.
 
Eyni çəki dərəcəsində mübarizə aparacaq Orxan Səfərov da ilk döyüşünü Qazaxıstan cüdoçusu Yeldos Smetova qarşı keçirib. Lakin təəssüf ki, o, elə ilk cəhdindəcə məğlub olaraq, mübarizəni erkən dayandırıb.
 
66 kq-da mübarizə aparan Tərlan Kərimov tatami sahiblərindən Umidjon Xalilovla qarşılaşıb və qələbə qazanaraq adını 1/4 finala yazdırıb. Bu mərhələdə Tərlanı Qazaxıstandan Naruzbek Maylaşev gözləyirdi ki, idmançımız onu da məğlub etməyi bacarıb. Yarımfinaldakı rəqib fransız Dmitri Draqin isə, idmançımızın yolunu kəsməyi bacarıb. Bürünc medal üçün özbəkistanlı Mirzahid Farmonovla qarşılaşma da Kərimov üçün uğursuz alınıb və o, dünya kubokunu beşinci pillədə başa vurub.
 
Eyni çəki dərəcəsindəki digər təmsilçimiz Nicat Şıxəlizadə isə öncə qazax İlyaz İsmaqilovla dueldən qalib ayrılıb. 1/8 finalda onu tatami sahiblərindən Mirzahid Farmonov gözləyirdi. Təəssüf ki, Nicat məhz özbək cüdoçu ilə mübarizədən məğlub ayrılaraq, mübarizəni dayandırıb.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.