25 avqust 2011 19:45

Növbəti medalsız gün (YENİLƏNİB)

Fransanın paytaxtı Paris şəhərində keçirilən dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, 5 gün davam edəcək yarışda baş məşqçi Ağayar Axundzadənin rəhbərliyi altında 10 cüdoçumuz qüvvəsini sınayır.

Yarışın üçüncü günündə daha 3 cüdoçumuz medal qazanmaq yolunda şanslarını sınayıb. Bunlar Elnur Məmmədli, Elxan Rəcəbli və Ramilə Yusubova idi.
 
Təbii ki, bu mənada əsas diqqətlərimiz 81 kq-da mübarizə aparan Elnur Məmmədliyə idi. O, startda xorvatiyalı Tomislav Maryanoviçi yolundan kənarlaşdırmalıydı. İdmançımız çətinliklə də olsa, bu vəzifənin öhdəsindən gəlib. Növbəti rəqib slovakiyalı Marian Benkoski isə həmyerlimizə ipponla uduzub. Elnur mərakeşli Safuane Attaf üzərində də eyni uğuru təkrarlamaqla adını 1/8 finala yazdırıb. Lakin bu mərhələdəki rəqibi - ukraynalı Artyom Vasilenko Məmmədlinin uğurlu seriyasını davam etdirməsinə imkan verməyib.
 
81 kq-da yarışan digər təmsilçimiz – Elxan Rəcəbli isə ilk turda istirahət edib. Onun rəqibi Vaçarin Yampavonq (Tailand) – Jozateki Naulu (Fici) cütünün qalibi olacaqdı ki, bu da ikinci olub. Lakin Elxan start döyüşündə rəqibini asanlıqla keçə bilib. Növbəti mərhələdə Rəcəbli çexiyalı Yaromir Musilə də eyni aqibəti yaşadıb. 1/8 finaldakı rəqib yaponiyalı Takahiro Nakai də Rəcəbli qarşısında aciz qalıb. 1/4-dəki rəqib isə fransalı Pyotr Loiç idi. Təəssüf ki, Elxan bu görüşdə qələb qazana bilməyib. Amma o, bürünc medal qazanmaq şansını saxlayır. Bunun üçün cüdoçumuz öncə rusiyalı İvan Nifontovu məğlub etməliydi ki, bunu bacarıb. Lakin o, medalı təmin etmək üçün daha bir görüşdə qələbə qazanmalıydı. Amma braziliyalı Leandro Qulheyro idmançımızın medal arzusunu gözündə qoyub.
 
Qadın cüdoçularımızdan isə 63 kq-da mübarizə aparan Ramilə Yusubova qüvvəsini sınayıb. O, ilk döyüşünü Honkonqdan olan Sum Po Leunqa qarşı keçirib və 14 saniyəyə təmiz qələbə qazanıb. Növbəti rəqib moldovalı Mariana Davıdovaya da qalib gələn Ramilə Hollandiya idmançısı ilə bacarmayıb. Məhz Aniçka van Emden onu mübarizədən kənarlaşdırıb.
 
Qeyd edək ki, yarışın ilk iki günündə tatami üzərinə çıxan idmançılarımızdan yalnız 60 kq çəki dərəcəsində mübarizə aparan İlqar Muşkiyev bürünc medal qazanıb. Bununla o, 200 reytinq xalı da əldə edib. Tərlan Kərimov (66 kq) isə yeddinci yeri tutub və 80 reytinq xalına sevinib. Nicat Şıxəlizadə (60 kq), Renat Mirzəliyev (73 kq), Kifayət Qasımova (57 kq) isə çıxışını erkən dayandırmalı olub.
 
Onu da əlavə edək ki, yarışda 136 ölkədən 949-idmançı mübarizə aparır. Çempionatda 1-ci yerin sahıbi 500, 2-ci yer 300, 3-cü yer 200, 5-ci yer 100, 7-ci yer 80, 1/16 final 60, 1/32 40 lisenziya xalı qazanır.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.