15 avqust 2011 15:56

Azərbaycan dünya çempionatında 3 medala sevindi

Kiyevdə yeniyetmələr arasında keçirilən dünya çempionatına yekun vurulub. Azerisport.az xəbər verir ki, çempionatda ölkəmizi  yeniyetmələrdən ibarət yığma komandanın məşqçiləri Rəşad Məmmədov və Raşad Həsənovun rəhbərliyi altında ümümlikdə 14 cüdoçu təmsil edib.
 
Cüdoçularımızdan Sadıx Məhərrəmov (-50 kq), Rəşad Rufullayev (-60 kq) və Hüseyn Rəhimli (-66 kq) dünya çempionatının bürünc medallarını qazanıblar. 
 
Digər cüdoçularımız İgəndər Talışınski (-55 kq), Cəlil Şükürov (-90 kq) 5-ci, Mirsədi Gəncəli və Elbrus Zamanov yarışı 7-ci pillədə başa vurublar.
 
Bu nəticə ilə Azərbaycan yığması ümumi komanda hesabında 55 ölkə arasında 12-ci, oğlanların komanda hesabında isə 7-ci olub.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.