27 iyun 2011 01:12

Qasımov DÇ-də Azərbaycana daha 1 medal qazandırdı (YENİLƏNİB)

Braziliyanın San-Paolo şəhərində cüdo üzrə dünya kuboku davam edir. Azerisport.az xəbər verir ki, nüfuzlu yarışda iştirak edən Azərbaycan yığması ikinci gündə 3 idmançısı ilə mübarizə aparıb.
 
81 kq çəki dərəcəsində yarışan Elxan Rəcəbli startda Peru idmançısı German Velaskonu mübarizədən kənarlaşdırıb. 1/8 finalda isə idmançımız kolumbiyalı Pedro Kastro ilə görüşüb və onu da yolundan kənarlaşdırıb. 1/4 finalda macarıstanlı Lasli Çokniaini də yenən Rəcəbli yarımfinala çıxıb. Finala vəsiqə uğrunda görüşdəki rəqib isə belçikalı Yoahim Bottye olub və idmançımız sonda məğlubiyyətlə barışıb. Bürünc medal qazanmaq uğrunda ilk sınağını ukraynalı Vitali Dudçikə qarşı verən Elxan ona da uduzub və beşinci olub.
 
Çəkisi 100 kq-dək olan idmançıların mübarizəsində Elmar Qasımov start döyüşünü Çilidən olan İtalo Kordovaya qarşı keçirib və qələbə qazanıb. Lakin 1/4 finalda idmançımız rumıniyalı Daniel Brata ilə dueldən məğlub ayrılıb. Buna baxmayaraq, bürünc medal qazanmaq şansı olan Qasımov bu yolda öncə meksikalı Serxio Qarsiya ilə görüşüb və onu məğlub edib. Bürünc medalı qazanmaq üçün son döyüşdə Elmara digər təmsilçimiz Elxan Məmmədovla qarşılaşmaq lazım gəlib. Amma məhz Elmara reytinq xalı lazım olduğundan, Elxan bu dueldən imtina edib və Qasımov bürünc medala yiyələnib.
 
Bu çəki dərəcəsindəki digər təmsilçimiz - Elxan Məmmədov isə ilk döyüşündə Salvadordan olan Dieqo Oçoa ilə mübarizədən qalib ayrılıb. 1/4 finalda idmançımız braziliyalı Lusiano Korrea ilə görüşüb və onu da məğlub edərək, yarımfinala çıxıb. Həlledici görüşə vəsiqə uğruda kubalı Oreidis Despeynlə üz-üzə gələn Məmmədov məhz bu rəqibinə uduzub. Belədə bürünc medal qazanmaq şansı qalan Məmmədovun yoluna digər təmsilçimiz Elmar Qasımov çıxdığından, Elxan bu duelə çıxmaq istəməyib.
 
Qeyd edək ki, bu turnirin qalibi 100, 2-ci yerin sahibi 60, 3-cü yerin sahibi 40, 5-ci yeri tutan cüdoçu isə aktivinə 20 lisenziya xalı yazdırır. Yarışın ilk günündə təmsilçilərimizdən Kifayət Qasımova (57 kq) gümüş, İlqar Muşkiyevlə (60 kq) Ramilə Yusubova isə (63 kq) bürünc medal qazanmışdı.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.