20 iyun 2011 00:10

Elnur Məmmədli də bürünclə kifayətləndi (YENILƏNİB)

Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil olunan cüdo üzrə “Böyük dəbilqə” turnirinə yekun vurulub. Azerisport.az xəbər verir ki, mötəbər yarışın ikinci günündə Azərbaycan yığması 4 idmançısı ilə təmsil olunub.
 
81 kq-da iki idmançımız mübarizə aparırdı. Daha böyük ümidlər bəslədiyimiz Elnur Məmmədli ilk görüşündə monqolustanlı Bold-Erden Odsurenlə qarşılaşıb və ipponla qələbə qazanıb. Növbəti rəqib braziliyalı Nasif Elias olub ki, həmyerlimiz yerli idmançıya da gücünü göstərməyi bacarıb. Daha sonra Elnur italiyalı Françesko Bryuyeranı da Rəcəblini məğlub etməsinə peşman edib. Nəticədə yarımfinala çıxan Məmmədlini burda yerli publikanın sevimlisi olan Leandro Qulxeyro gözləyirdi. Amma təəssüf ki, Elnur da mübarizəni məhz bu rəqibiylə dueldə dayanırmalı olub və üçüncü pilləni tutub.
 
Eyni çəki dərəcəsindəki digər təmsilçimiz – Elxan Rəcəbli isə startda italiyalı Françesko Bryuyera ilə münasibətlərinə aydınlıq gətirib. Təmsilçimiz ipponla uduzaraq, yarışla erkən vidalaşıb.

90 kq-da mübarizə aparan Elxan Məmmədov ilk olaraq Venesuela idmançısı Xose Kamaçonu tatamidən məğlub yola salmağı bacarıb. Növbəti rəqib polşalı Robert Kravçik idi. Məmmədov bu rəqibini də çətinlik çəkmədən keçib. 1/4 finaldakı rəqib isə kubalı Asleya Qonsales Monteyro olub ki, təmsilçimiz məhz ona məğlub olaraq, yarışı beşinci pillədə başa vurub.
 
100 kq-da isə Elmar Qasımov ölkəmizi layiqincə təmsil etməyə çalışıb. O, mübarizəyə ikinci mərhələdən başlayıb. Qasımovun rəqibi isə Tyerri Fabre (Fransa) olub. Amma idmançımız fransalı qarşısında ipponla uduzaraq, mübarizəni dayandırıb.
 
Qeyd edək ki, “Böyük dəbilqə” turniri nokaut sistemi üzrə keçirilirdi. Yarımfinalda uduzan atletlər avtomatik olaraq bürünc mükafatçı olurdular. Yarışın mükafat fondu isə 150 min dollar idi.
 
Maraq üçün xatırladaq ki, yarışın ilk günündə mübarizəyə qoşulan təmsilçilərimiz - Nicat Şıxəlizadə, İlqar Muşkiyev (hər ikisi 60 kq), Tərlan Kərimov (66 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubovadan (63 кг) heç biri uğur qazana bilməmişdi. Yalnız sonuncu idmançımız 5-ci pilləni tutması ilə təsəlli tapmışdı.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.