18 iyun 2011 22:05

Braziliyada uğursuz ilk gün (YENİLƏNİB)

Bu gün Braziliyanın Rio-de-Janeyro şəhərində cüdo üzrə “Böyük dəbilqə” turnirinə start verilib. Azerisport.az xəbər verir ki, mötəbər yarışın ilk günündə Azərbaycan yığması 5 idmançısı ilə təmsil olunub.
 
60 kq-da mübarizə aparan iki cüdoçumuz vardı. Bunlardan biri Nicat Şıxəlizadəydi. O, startda Olimpiadanın mükafatçısı olmuş Avstriya təmsilçisi Lyüdviq Peyşeri mübarizədən kənarlaşdırıb. Növbəti mərhələdə isə ona kanadalı Sercio Pessoaya da eyni aqibəti yaşatmaq lazım idi. Amma təəssüf ki, Kanada idmançısı təmsilçimizi müarizədən kənarlaşdırıb.
 
Bu çəki dərəcəsindəki digər təmsilçimiz isə İlqar Muşkiyev idi. Bir müddət öncə Estoniyanın Tallin şəhərində qalib olmuş Muşkiyev bu dəfə ilk sınağına ekvadorlu Xose Romero ilə çıxıb və onu mübarizədən kənarlaşdırıb. Növbəti rəqib isə fransalı Sofian Milu idi. Cüdoçumuz məhz bu rəqibinə ipponla uduzaraq, mübarizəni dayandırıb.
 
66 kq çəkidə bütün diqqətlər Tərlan Kərimova yönəlmişdi. Tərlan ilk döyüşünü meydan sahibi olan Çarlz Çibana qarşı keçirib. İdmançımız görüşə yaxşı başlasa da, sonda qələbə qazanan tərəf braziyalı olub. Beləcə, komandamız Kərimovla da istəyinə çata bilməyib.
 
Qadın cüdoçularımıza gəlincə, ilk gündə 57 kq-da yarışa qoşulan Kifayət Qasımova startda meksikalı Anna Leonla görüşüb və onu problemsiz keçib. Növbəti rəqib isə rumıniyalı Andrea Çitu olub və idmançımız məğlub olaraq, mübarizəni dayandırıb.
 
Ramilə Yusubova isə (63 кг) başlanğıcda Çili idmançısı Karina Orellanuya qalib gəlməyi bacarıb. Növbəti rəqib isə ekvadorlu Yussis Barreto olub və Yusubova onu da mübarizədən kənarlaşdırıb. 1/4 finalda isə Ramiləni yaponiyalı Kana Abe dayandırıb.
 
Qeyd edək ki, “Böyük dəbilqə” turniri nokaut sistemi üzrə keçirilir. Yarımfinalda uduzan atletlər avtomatik olaraq bürünc mükafatçı olurlar. Yarışın mükafat fondu isə 150 min dollardı.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.