12 iyun 2011 18:53
Azərbaycan dünya kubokunda ikinci oldu
Azərbaycan yığması Estoniyanın paytaxtı Tallin şəhərində təşkil olunan cüdo üzrə kişilər arasında Dünya Kubokunda ikinci yeri tutub. Azerisport.az xəbər verir ki, komandamız buna İlqar Müşkiyevin (60 kq) qızıl, Ramin Qurbanovun (90 kq) və Nicat Şıxəlizadənin (60 kq) bürünc medal qazanması sayəsində nail olub.
Komandamız bu nəticə sayəsində İsrail, Ukrayna, Türkiyə, Litva, Rusiya, Hollandiya, Böyük Britaniya və daha bir neçə aparıcı ölkə yığmalarını qabaqlamağı bacarıb. Birinci yeri isə İtaliya tutub. Bu komanda 2 qızıl, 2 bürünc medal qazanıb.
