12 iyun 2011 18:47

Ramin Qurbanov ölkəmizə DÇ-də gümüş medal qazandırdı

Bu gün Estoniyanın paytaxtı Tallin şəhərində cüdo üzrə kişilər arasında Dünya Kubokuna yekun vurulub. Azerisport.az xəbər verir ki, yarışın son günündə 7 çəki dərəcəsindən 4-də görüşlər keçirilib.
 
Azərbaycan təmsilçilərindən yalnız Ramin Qurbanov (90 kq) gümüş medal qazanıb, digər idmançılarımız isə ciddi uğura imza ata bilməyib.

Ramin Qurbanov startda Polşa idmançısı Viktor Tvorjidlo ilə qarşılaşıb və onu çətinlik çəkmədən mübarizədən kənarlaşdırıb. Növbəti mərhələdə isə Ukraynalı Kecau Nyabaliyə də eyni aqibəti yaşadan idmançımız 1/4 finalda estoniyalı Qriqori Minaskini də keçməyi bacarıb. Yarımfinalda isə Qurbanov slovakiyalı Milan Randlunu ipponla mübarizədən kənarlaşdırılıb. Lakin finalda italiyalı Roberto Meloni ilə qarşılaşma təmsilimiz üçün uğursuz alınıb və o, gümüş medalla kifayətlənib.
 
90 kq-dakı digər idmançımız Timur Əlixanov isə startda Ukrayna cüdoçusu Roman Qontyukla üz-üzə gəlib. Təmsilçimiz bu rəqibini məğlub etməyi bacarsa da, növbəti mərhələdə rusiyalı Viktor Semyonova ipponla uduzaraq mübarizəni erkən dayandırıb.
 
100 kq çəki dərəcəsində isə tatamiyə Sain Məmmədov çıxıb. O da startda Misir idmançısı Ramadan Dərvişə qalib gəlib. Lakin növbəti mərhələdə latviyalı Viktor Reşko Məmmədov üçün keçilməz olub.
 
+100 kq çəki dərəcəsində isə ölkəmizi Emin Tahirov təmsil edirdi. Lakin o elə startdaca mübarizəni dayandırmalı olub. Hollandiyalı Lyuk Verbij idmançımızı mübarizədən kənarlaşdıbı.
 
Maraq üçün xatırladaq ki, yarışın ilk günündə Azərbaycan təmsilçilərindən İlqar Müşkiyev (60 kq) qızıl, Nicat Şıxəlizadə (60 kq) bürünc medal qazanmış, Tərlan Kərimov (66 kq) isə 5-ci yeri tutmuşdu.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.