11 iyun 2011 19:50

DÇ-nin ilk günündə 1 qızıl, 1 bürünc medal

Bu gün Estoniyanın paytaxtı Tallində cüdo üzrə kişilər arasında Dünya Kuboku start götürüb. Azerisport.az xəbər verir ki, yarışın ilk günündə 7 çəki dərəcəsindən 3-də görüşlər keçirilib.
 
Azərbaycan təmsilçilərindən İlqar Müşkiyev (60 kq) qızıl, Nicat Şıxəlizadə (60 kq) bürünc medal qazanıb, Tərlan Kərimov (66 kq) isə 5-ci yeri tutub.
 
Müşkiyev ilk görüşündə erməni əsilli ukraynalı Gevorq Xaçatryanı, ardından isveçli Aleksandr Lundkvisti yenərək, yarımfinala yüksəlib. Finala gedən yolda isə o, finlandiyalı Yuho Reynvallı üstələyib. Həlledici qarşılaşmada cüdoçumuzun rəqibi latviyalı Andrey Mager olub. Bu dəfə də təmsilçimiz qələbə qazanıb və Dünya Kubokunun qızıl medalına yiyələnib.
 
Müşkiyevlə eyni çəkidə yarışan digər cüdoçularımızdan Şıxəlizadə də turnirə qələbə ilə başlayıb. O, böyük britaniyalı Qreqq Vareyi yenib. Lakin cüdoçumuz növbəti qarşılaşmada finlandiyalı Valtteri Yokinenə uduzub. Bununla da bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılan Şıxəlizadə əvvəlcə isveçli Olle Sundströmü məğlub edib. Sonra isə cüdoçumuz Müşkiyevin yarımfinalda yendiyi Reynvala qalib gələrək, bürünc medala sahib çıxıb.
 
Kərimova gəldikdə isə o, çexiyalı David Dubski, ukraynalı Sergey Pliyev və finlandiyalı Niko Tapio Niemalanı udduqdan sonra yarımfinala çıxıb. Lakin final yolunda cüdoçumuzun qarşısını rusiyalı Maksim Kuznetsov kəsib. Təmsilçimiz bürünc medal uğrunda son sınağında isə ukraynalı Sergey Drebota uduzaraq, 5-ci yerlə kifayətlənib.
 
Digər cüdoçularımızdan Asim Xələfov (60 kq) və Rüstəm Orucov (66 kq) ilk görüşündə uduzaraq mübarizəni dayandırıblar. 73 kq çəkidəki təmsilçilərimizdən Eldar Qasımov birinci, Elmar Qasımov və Nadir Babayev isə ikinci görüşündə yenilərək, mükafatsız qalıblar.
 
İyunun 12-də daha 4 cüdoçumuz – Ramin Qurbanov, Timur Əlixanov (hər ikisi 90 kq), Sain Məmmədov (100 kq) və Emil Tahirov (+100 kq) tatamiyə çıxacaqlar.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.