9 iyun 2011 17:03
Millimizin dünya birinciliyi üçün heyəti açıqlandı
İyun ayının 11-də Estoniyanın paytaxtı Tallin şəhərində kişilər arasında Dünya Kubokuna start veriləcək. Azerisport.az xəbər verir ki, iki gün davam edəcək yarışda yığma komandanın baş məşqçisi Ağayar Axundzadə və məşqçi Hacıağa Hacıəhmədovun rəhbərliyi altında ölkəmizi 11 cüdoçu təmsil edəcək.
Onların siyahısı ilə sizi də tanış edirik: Nicat Şıxəlizadə, İlqar Müşkiyev, Asim Xələfov (hər üçü 60 kq), Tərlan Kərimov, Rüstəm Orucov (hər ikisi 66 kq), Ramil Qasımov, Eldar Qasımov, Babayev Nadir (hər üçü 73 kq), Ramin Qurbanov (90 kq), Sain Məmmədov (100 kq) və Emil Tahirov (+100 kq).
Qeyd edək ki, bu yarışda 1-ci yer 100, 2-ci yer 60, 3-cü yerin sahibi isə 40 lisenziya xalı qazanacaq.
