6 iyun 2011 16:21
Avropa Kubokunda qazancımız 1 gümüş, 1 bürünc oldu
Avstriyanın Leybnitz şəhərində gənclər arasında Avropa Kubokuna yekun vurulub. Azerisport.az xəbər verir ki, cüdoçularımızdan 66 kq çəki dərəcəsində mübarizə aparmış Mahir Cəfərli yalnız finalda uduzaraq yarışın gümüş medalını qazanaıb.
Digər mükafatı isə Əli Rzayev (60kq) qazanıb. O, öz çəki dərəcəsində 3-cü yeri tutaraq bürünc medalla təltif olunub.
Oruc Vəlizadə, Vüsal Şabanlı (hər ikisi 55 kq) və Vüqar Şirinli (60 kq) Avropa kubokunu 5-ci yerdə başa vurublar.
