1 iyun 2011 17:14
Yığmamızın qitə birinciliyi üçün heyəti açıqlandı
İyun ayının 4-5-də Avstriyanın Leibnitz şəhərində gənclər arasında Avropa Kuboku keçiriləcək. Azerisport.az xəbər verir ki, qitə birinciliyində millimiz də qüvvəsini sınayacaq.
Bu yarışda məşqçilər Fərhad Məmmədov və Azər Şıxəliyevin rəhbərliyi altında 15 cüdoçumuz – Şabanlı Vüsal, Vəlizadə Oruc (hər ikisi 55 kq), Şirinli Vüqar, Rzayev Əli, İsmayılov İlqar, Əliyev Nurlan (hər dördü 60 kq), Quliyev İmran, Əliyev Dilqəm, Cəlili Cəlil, Cəfərov Mahir (hər dördü 66 kq), Eminoğlu Fəqan, Piriyev İsmayıl (hər ikisi 73 kq), Rəsullu Abdulhaq, Mehdiyev Məmmədəli (hər ikisi 81 kq) və Alışov Hikmət (90 kq) mübarizəyə qatılacaq.
