29 may 2011 16:15

Elnur Məmmədli də uğur qazana bilmədi (YENİLƏNİB)

Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan millisinin də çıxış etdiyi cüdo üzrə Qran Şlem turnirinə yekun vurulur. Azerisport.az xəbər verir ki, yarışın son günündə 2 idmançımız qızıl medal qazanmaq şansını sınayıb.
 
Qeyd edək ki, bütövlükdə yığma komandanın baş məşqçisi Ağayar Axundzadənin rəhbərliyi altında sözügedən yarışa altı idmançımız yollanmışdı: Nicat Şıxəlizadə (60 kq), Tərlan Kərimov (66 kq), Elnur Məmmədli, Elxan Rəcəbli (hər ikisi 81 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq). Lakin son anda Yusubova zədələndiyi üçün sözügedən turnirdə iştirak etməsi mümkünsüz olmuşdu. İlk gündə mübarizəyə başlayan idmançılarımız - Nicat Şıxəlizadə, Tərlan Kərimov və Kifayət Qasımova qalib adını qazana bilməmişdi.
 
Son oyun günündə isə bütün diqqətlər olimpiya çempionumuz Elnur Məmmədliyə yönəlmişdi. İlk mərhələdə istirahət edən təmsilçimiz startda Qazaxıstan idmançısını məğlub etmiş Antti Virta (Finlandiya) ilə qarşılaşıb və xal hesabı ilə də olsa, qələbə qazanaraq, 1/8 finala yüksəlib. Maraqlıdı ki, bu mərhələdə Elnuru məhz digər həmyerlimiz Elxan Rəcəbli ilə duel gözləyirdi. O, həmyerlisi üzərində ipponla qələbə qazanaraq, 1/4 finala yüksəlib. Lakin bu mərhələdə o, almaniyalı Ole Bişofla mübarizədə məğlub olaraq, beşinci yerlə kifayətlənib.
 
Eyni çəki dərəcəsindəki (81 kq) digər təmsilçimiz isə Elxan Rəcəbli idi. O da birinci mərhələdə istirahət edirdi və startda Аrsen Prşmaxov (Rusiya) – Antonio Angelo (Anqola) cütünün qalibi ilə münasibətlərinə aydınlıq gətirməli olub. İlk mərhələdə qələbə qazanan rusiyalı idmançı Rəcəbli ilə qarşılaşmaq hüququna yiyələnmişdi. Lakin Elxan bu rəqibini asanlıqla mübarizədən kənarlaşdıra bilib. Lakin Rəcəbli 1/8 finalda digər təmsilçimiz Elnur Məmmədli ilə qarşılaşmalı olub ki, ipponla uduzaraq, mübarizəni dayandırıb.
 
Sonda onu da qeyd edək ki, sözügedən turnir nokaut sistemiylə keçirilirdi və yarımfinalda uduzan idmançılar birbaşa bürünc medal qazanırdı. Həm də qaliblər 300 reytinq xalı qazanmış olurdu. Turnirin mükafat fondu isə 150 min dollar idi.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.