23 may 2011 17:47
Yığmamız 19 ölkə arasında 3-cü yeri tutdu
Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən gənclər arasında Avropa Kuboku başa çatıb. Azerisport.az xəbər verir ki, birincilikdə iştirak edən cüdoçularımız 2 qızıl və 4 bürünc medal qazanıblar.
Cüdoçularımızdan Sadıxov Mehman (55 kq) və Hacıağalı Orxan bütün görüşlərini qələbə ilə başa vuraraq Avropa Kubokunun qızıl medalını qazanıblar. İsmayılov İlqar (60 kq), Əliyev Dilqəm (66 kq), Əlişov Hikmət (90 kq) və Hüseynova Xanım (57 kq) yarışda 3-cü olublar.
Bu nəticə ilə Azərbaycan komandası 19 ölkə arasında 3-cü yeri tutub.
